Yay sezonun geridə qalması ilə artıq payız sezonuna başlayırıq. Bu da o deməkdir ki, hal-hazırki dövr qarderobların yenilənməsi dövrüdür. Rəngli yay geyimlərini artıq payız qoxulu yeni sezon məhsulları ilə əvəzləmək lazımdır.
Payız sezonunun alış-verişlərinə başlama və tərzinizə yeni hava qatmaq zamanıdır!
Türk alış- veriş markaları bu yolda sizə möhtəşəm seçimlər təqdim edəcək. Payız sezonunun gəlməsi ilə artıq bütün türk alış-veriş markaları trend kolleksiyalarını təqdim etdilər. Bu ilin payız kolleksiyaları olduqca fərqli, gözoxşayan və qeyri-adi olacaq.
Payız Alış-Verişlərinizi edə biləcəyiniz Türk alış-veriş platformalarını sizə təqdim edirik
Trendyol
Hər kəsin sevə-sevə alış-veriş etdiyi bir nömrəli alış-veriş platforması olmaqla, artıq adından dünya ölkələrində də söz etdirir. Bir çox kateqoriyada müştərilərinə gündə 1 milyondan çox paket təqdim edir və bununla da rekord sayda alış-veriş edilən onlayn platformadır. Hal-hazırda isə Trendyol-un tərkibində olan minlərlə marka məhsulları yeni sezon kolleksiyalarını təqdim etmişdir. Sərfəli qiymət və bol çeşid vəd edən bu alış-veriş saytı möhtəşəm endirim kampaniyaları ilə də ürəklərə yol tapmışdır. Belə ki, payız alış-verişinizin bir nömrəli adresi olan Trendyol-dan sifarişlərinizi verin, Smartkargo 5 gün ərzində sizin üçün çatdırsın!
Bu sezon təqdim etdiyi məhsulların dizaynı ilə alış-veriş sevənləri özünə cəlb edən markalar sırasında Zara, Bershka, Stradivarius, Koton, Pull&Bear da yer alır.
Hər sezon gətirdikləri yeniliklər ilə seçilən bu alış-veriş markalarında hal-hazırda endirim kampaniyaları davam edir. Belə ki, sezon məhsullarına Koton-da 30%, Mango-da 40%, Zara-da 30% endirim mövcuddur. Endirimlərli məhsullara nəzər yetirin, seçin, sifariş edin, https://www.smartkargo.az/

2022 Payız Trendləri Hansılardır?
2022 payız mövsümündə son dərəcə müsbət, güclü və göz oxşayan dizaynlar bizi gözləyir. Rənglər daha canlı, ətəklər daha mini, xətlər isə daha qadına xasdır. Dərilərdən tutmuş şəffaf və axıcı parçalara qədər bir çox fərqli tekstura ilə mövsümü qarşılayan dizaynerlər həmişə olduğu kimi təəccübləndirməyə və ilham verməyə davam edirlər.
Günümüzün ən böyük trendləri hansılardır?
Əfsanəvi kovboy çəkməsi günümüzün ən böyük trendlərindən birinə çevrildi. O qədər ki, 2022-2023 mövsümünün ən diqqət çəkən hissələrindən biri kovboy çəkmələridir. Bu mövsümə damğasını vuran kovboy çəkmələri xüsusilə naxışlı modelləri ilə seçilir.
Payızın gəlişi trençkot modellərinin vitrinlərdə öz yerini tutması deməkdir! İkonik klassik model trençkot modelləri hər il olduğu kimi bu il də zirvədə qalır. Üstəlik, bu il fərqli modelləri ilə daha dəbdədir və daha çox görünür! Əgər payız üçün klassik və zamansız bir parçaya sərmayə qoymağı düşünənlərdənsinizsə, sizə keyfiyyətli trençkota şans vermənizi tövsiyə edirik.
