Smart Customs Haqqında Məlumat !

Smart Customs haqqında

Bildiyimiz kimi Azərbaycan Dövlət Gömrük Komitəsi “iOS” və “Android” əməliyyat sistemləri ilə işləyən qurğular üçün “Smart Customs” mobil əlavəsini təqdim edib ki, bu proqram vasitəsilə siz malların gömrük rəsmiləşdirilməsi üzrə bütün prosedurları onlayn rejimdə yerinə yetirə bilərsiniz. Proseduru həmçinin https://c2b.customs.gov.az/queue.aspx linki ilə Smart Gömrük saytında həyata keçirmək olar.

Smart Customs tətbiqi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən mobil cihazlar üçün təqdim olunan elektron gömrü xidmətlərinə çıxışı təmin etmək məqsədilə hazırlanıb. Bu proqramdan həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar istifadə edə bilər. Tətbiq istifadəçilərə sərhədləri keçmək üçün onlayn növbələri qeydiyyata almaq, nəqliyyat vasitələrində gömrük rüsumlarını hesablamaq, internet vasitəsilə Komitə ilə əlaqə saxlamaq, xəbərləri almaq, əlaqə saxlamaq imkanı verir.

Smart Customs mobil tətbiqdə istifadə qaydası

Siz Smart Custom mobil tətbiqinizi mobil telefonunuza yüklədikdən sonra Smartkargo vasitəsi ilə xaricdən aldığınız malları həmin bu tətbiqdə bəyan etmək yolu ilə Azərbaycan gömrüyünə göndərilməsini təmin edirsiniz.

Mobil telefonunzda tətbiqi yüklədikdən sonra qeydiyyat üçün qarşınıza 2 seçənək çıxır. Bunlar : ASAN login və xarici vətəndaşlar üçün olan qeydiyyat növüdür.

Asan login düyməsini klikləyəndə orda 2 seçənək: identifikasiya və Asan imza ilə qeydiyyat seçimləri qarşınıza çıxır.Daha sonra sonra isə siz öz kateqoriyanıza uyğun qeydiyyat növünü seçərək Smart Customs mobil tətbiqində qeydiyyatdan keçib istədiyiniz əməliyyatı rahatlıqla apara bilirsiniz.

Daha sonra “Asan Login” bölməsinə klik edib açılan pəncərədə yenidən “Asan login” butonuna klikləyirsiniz. Açılan pəncərədə “İdentifikasiya nömrəsi ilə” bölməsinə klik edərək açılan səhifədə şəxsiyyətinizi təsdiq edən sənədin FİN nömrəsini daxil edib “irəli” butonuna klikləyirsiniz. Açılan səhifədə şifrərinizi yazaraq sistemə daxil olmuş olursunuz.

Şəxsi kabinetinizə daxil olduqdan sonra solda olan pəncərədə “Fiziki şəxslər üçün” olan bölməyə klik edib “Sadələşdirilmiş bəyənnamə – Elektron ticarət” bölməsinə klik edirsiniz.Sonra isə əgər xarici anbara daxil olmuş məhsulunuz varsa sistem sizə mövcud xarici anbarda olan və bəyan etməli olduğunuz məhsul haqqında aşağıda göstərilən formada bildiriş görsənəcəkdir. Daha sonra Smart Customs da “Bəyan et” butonuna klik edərək bildirişi gələn bağlamanın bəyan edilməsi mərhələsinə başlayırısnız. “Bəyan et” butonuna kliklədikdən sonra açılan pəncərədə şəxsi məlumatlarınızın doğruluğunu yoxlayaraq ən aşağıda olan bölməyə əlaqə nömrənizi qeyd edirsiniz.

Bildiriş vasitəsi ilə bəyan etmə prossesinə başladığınız üçün açılan növbəti səhifədə

Bağlama izləmə nömrəsi (tracking id)
Daşıyıcı şirkət
Göndərən ölkə
Satıcı (alış ünvanı)
Məlumatlar sistem tərəfindən avtomatik formada görünəcəkdir.

Qeyd olunan məlumatları daxil etdikdən sonra rahatlıqa Smart Customs mobil tətbiqində xaricdən aldığınız malları bəyan edirsiniz. Bunuda qeyd edəkki siz bir yox bir necə sifarişinizi eyni anda bəyan edə bilərsiniz.

Tariflərimizlə və digər faydalı məlumatlar haqqında məlumatı Smartkargo.az saytımıza daxil olub, bilgilər əldə edə bilərsiniz.

Sizə Smartkargo.az ilə xoş və sərfəli alış verişlər !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir